EN

Azərbaycanın BRİCS-ə üzvlüyü Kazanda təsdiqlənəcək? – Korotçenkodan ÖZƏL AÇIQLAMA

Oktyabrın 22-24-də Kazanda Rusiyanın sədrliyi ilə BRİCS sammiti keçiriləcək.

“Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” devizi altında keçiriləcək XVI BRİCS sammitinə bir çox ölkənin Prezidenti də qatılacaq.

Tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

33 ölkənin rəsmiləri KAZANDA – BRİCS sammitində nələr MÜZAKİRƏ OLUNACAQ?


Tatarıstanın paytaxtına gəlməyə razılıq verən liderlər sırasında Hindistanın baş naziri Narendra Modi, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, Çin Xalq Respublikasının sədri Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Laos prezidenti Thonglun Sisulit, İran prezidenti Məsud Pezeşkian və başqaları qatılacaq.

Bəs sözügedən sammitdə Azərbaycanın BRİCS üzvlüyü təsdiqlənə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib ki, Qərbin Azərbaycana haqsız davranışından sonra Bakının BRİCS üzvlüyü daha da aktuallaşıb:

“Azərbaycanda da oxşar vəziyyət var. Çox vaxt biz Avropa ölkələrində anti-Azərbaycan kampaniyalarının artdığını müşahidə edirik. Xüsusilə bu neqativ tendensiyaları Fransada və erməni lobbisinin güclü olduğu Niderlandda müşahidə edirik. ABŞ da daxili siyasi maraqlar əsasında, yəni prezident seçkiləri ərəfəsində erməni seçicilərin səsləri həm Demokratlar, həm də Respublikaçılar üçün böyük əhəmiyyət kəsb etdiyi üçün, Azərbaycana qarşı bir sıra qeyri-dost bəyanat və praktiki addımlarla çıxış edib. Həm Türkiyənin, həm də Azərbaycanın strategiyası tamamilə suveren və müstəqil olan ölkələrdir”, - deyə İ.Korotçenko bildirib.

Analitik əlavə edib ki, BRİCS ölkələri də Azərbaycanın quruma üzv olmasını məmnuniyyətlə qarşılayacaqlar:

“Azərbaycanın isə statusu, xüsusən də İkinci Qarabağ müharibəsində qələbədən və ərazi bütövlüyünün bərpasından sonra xeyli yüksəlib. Burada uzunmüddətli dünya siyasəti formalaşır və Ermənistanın Vaşinqton, Paris və Brüsseldən idarə olunan “Troya atı”na çevrilməsi çox təhlükəli bir tendensiyadır. Buna görə də BRİCS üzvlüyü Azərbaycanın uğurlu və suveren inkişafı üçün əlavə əminlik verəcək”, - deyə analitik əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Chosen
49
14
bizim.media

10Sources