EN

Sürücü sürüşkən yolda sərt manevrlər edibtəhlükə yaratdı - VİDEO

Yağışlı havada yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-NZ-896 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib və digər nəqliyyat vasitələrinə təhlükə yaradıb. Yaşayış zonasında qeydə alınmış digər kadrda da yenidən yağışlı yolda sərt manevr edib. Bu zaman avtomobildəki sərnişin yolun sürüşkən olduğunu bildirərək qəza düşə biləcəklərini qeyd edib.

Nərmin

Chosen
27
avtosfer.az

1Sources