EN

İngiltərə nəhəngi Xavi ilə danışıqlar aparır

"Barselona"nın sabiq baş məşqçisi Xavi "Mançester Yunayted"i çalışdıra bilər.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Mankunianlar"ın rəhbərliyi artıq son bir neçə ay ərzində iki dəfə ispaniyalı mütəxəssis ilə mümkün təyinatla bağlı danışıqlar aparıb. "Yunayted"in bossları mövsümə pis başlayandan sonra hazırkı baş məşqçi Erik ten Haqın yerinə potensial çalışdırıcı axtarırlar.

Onun rəhbərlik etdiyi komanda Avropa Liqasında qələbə qazana bilməyib (2 heç-heçə), Premyer Liqada isə 12-ci pillədə qərarlaşıb.

Chosen
12
publika.az

1Sources