EN

“Global Energi Solutions” MMC ölkədən valyuta çıxarmaqda ittiham olunur

“Global Energi Solutions” Məhdud Məsuliyyətli Cəmiyyət ölkədən valyuta çıxarıb və sonradan vəsaiti geri qaytarmayıb...

Poliqon xəbər verir ki, bununla bağlı “Global Energi Solutions” MMC-yə qarşı Binəqədi Rayon Məhkəməsində iddia irəli sürülüb.

Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalarla bağlı olan işə hakim Elçin Ağayev baxacaq. “Global Energi Solutions” MMC-yə qarşı iddia Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə sürülüb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlı cəza nəzərdə tutulur. Maddədə göstərilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources