EN

MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİ "SAHA EXPO 2024" SƏRGİSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri - Baş direktor cənab Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin açılış mərasimində iştirak ediblər.

Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və Müdafiə Nazirliyinin təqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkət rəhbərləri ilə görüşlər keçiriblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.

Görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əlaqələrinin daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

R.XUDATQIZI

Chosen
57
10
tezadlar.az

10Sources