Ermənistanın baş naziri Nikol Paşinyan sabah səhər tezdən Kazana yola düşəcək.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, Ermənistanın baş naziri BRICS+ formatında sammitin ikinci hissəsində iştirak edəcək.
Qonaqların əsas hissəsi BRİKS-ə üzv ölkələrin dar və geniş tərkibli iclasında iştirak etmək üçün bu gün sammitə gəlir.
Bir gün əvvəl Çin, Hindistan və Cənubi Afrikanın liderləri Tatarıstana gəliblər.
Musavat.com