EN

Azərbaycanda yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur

Azərbaycanda yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, bu, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulur.

“Qabaqcıl beynəlxalq təcrübə əsasında yeni mikromaliyyə sektorunda fəaliyyət göstərən instutlara əlavə maliyyə xidmətləri göstərmək imkanının yaradılması və bununla da onların rəqabət qabiliyyətliliyinin artırılması hədəflənir. Sözsüz ki, bu təşəbbüslərin mərkəzində ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafı dayanır”, – deyə o qeyd edib.

“Strategiyamızda dayanıqlı mikromaliyyə və BOKT modellərinin araşdırılması, mikromaliyyə instutlarının gücləndirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, buna yönəlik təşəbüsslərin icrası, hüquqi-tənzimləyici mexanizmlərin hazırlanması, maliyyələşmə mənbələrinin diversifikasiyası kimi layihələr nəzərdə tutulub. Hazırda strategiyamızın icrası davam edir. İnanırıq ki, birgə səylərimiz nəticəsində mikromaliyyə sektorunun dayanıqlılığı təmin ediləcək”, – AMB rəsmisi əlavə edib.

Chosen
4
2
banker.az

10Sources