EN

Ankarada TUSAŞ-a terror hücumu həyata keçirilib

Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya paytaxt Ankaranın Kahramankazan rayonundakı Türk Havaçılıq və Kosmos Sənayesi Anonim Şirkətinə (TUSAŞ) terror hücumunun həyata keçirildiyini, şəhid və yaralıların olduğunu bildirdi.

Nazir Yerlikaya sosial media hesabında yayınladığı açıqlamada bunları qeyd edib: "TUSAŞ Ankara Kahramankazandaki binalara qarşı terror hücumu həyata keçirilmişdir. Hücum nəticəsində təəssüf ki, şəhidlərimiz və yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza təcili şəfa diləyirəm. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcəkdir. Rəsmi mənbələrdən ediləcək açıqlamalara diqqət yetirin."

SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Chosen
29
1
sia.az

10Sources