EN

Qarabağ qazisinin avtomobilinin 47 min manata yaxın cəriməsi var VİDEO

Azərbaycanda minik avtomobilinin sahibinin ünvanına 47 min manata yaxın cərimə protokolu yazılıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Qaradağ rayonunda yaşayan Habil Qurbanov deyir ki, Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olduğu üçün 2014-cü ildə ona dövlət tərəfindən minik avtomobili verilib. Bu ilin may ayında bildirilib ki, 99 HG 134 dövlət nömrə nişanlı həmin nəqliyyat vəsitəsinin 46 min 954 manat cəriməsi var və bu səbəbdən də duracağa yerləşdirilməlidir.

2-ci qrup əlilliyi olan Habil Qurbanovun iddiasına görə, avtomobil duracağa yerləşdirilərkən ona bildirilib ki, 5 ildən sonra cərimə silinəcək və bundan sonra nəqliyyat vasitəsini götürə bilər.

Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ qurumun nəzarətindədir. Habil Qurbanovun sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb.

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətdən azad oluna bilməz. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
30
1
xezerxeber.az

4Sources