Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"PKK lideri Abdulla Öcalanı Türkiyə parlamentinə çağırıb, PKK-nın təslim olması, silahını yerə qoyması çağırışını onun vasitəsilə etməsi məsələsi, əvəzində Öcalanın ömürlük həbsdən azad oluna biləcəyinə eyham vurulması prosesinin başlanması idi".
Siyasi ekspert qeyd edir ki, Türkiyə ətrafında yeni bir konfiqurasiya oyunu başlayıb :
"Burada kürd kartı önəmli bir nöqtəyə gəlib çatdı. Həm İraqda, həm Suriyada aşağı-yuxarı yarımmüstəqil kürd yarımdövlətini qura bildilər. Bu nə dərəcədə Türkiyəni təhdid edir və Türkiyə öz daxilindəki kürd gücündən bu məsələdə nə cür istifadə etməlidir? Birinci məsələ budur. İkincisi, İsraillə münasibətlər kontekstində şübhə yoxdur ki, Ərdoğan kürdlərin də dəstəyini almaqla yeni konstitusiyanı reallaşdıra bilsin. Hər halda belə görünür ki, Türkiyə yaxın vaxtlarda referenduma gedəcək. Türkiyə iqtidarının bu cür proseslər başlatması və yeni bir kəskin siyasi viraja daxil olması dərhal düşmənləri tərəfindən ciddi reaksiya ilə qarşılandı. Onun planları və layihələrinə kəskin reaksiya həmin terrorla baş verdi".
Qiymət Mahir