EN

Azərbaycan Ermənistan səmasından istifadəyə görə ödənişləri xeyli artırıb

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün “Armaeronavigation” şirkətinə 133 760 avro (246 118 manat) ödəyib. Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin hesabatında deyilir.

Eyni zamanda, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödəniş məbləği demək olar ki, 50 min avro (92000 manat), bütün 2023-cü il üçün isə 90 min avrodan (165600 manat) çox olub.

Bütün bu ödənişlər müəyyən edilmiş qaydada “Eurocontrol” (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

Almaz Həsənli

Chosen
35
oxumeni.az

1Sources