Rusiya səfirliyinə hələ də Polşanın Poznan şəhərindəki baş konsulluğun bağlanması ilə bağlı rəsmi nota daxil olmayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreev RİA Novosti-yə müsahibəsində bildirib.
Diplomat Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin Poznandakı Baş Konsulluğun bağlanmasına Rusiyadan hələlik reaksiya almadığı barədə sözlərini şərh edib.
“Polşa tərəfinin bu məsələ ilə bağlı notaya reaksiyasına gəlincə, biz hazırda bu reaksiyanı təsəvvür edə bilmirik, çünki bu məsələ ilə bağlı hələ heç bir nota almamışıq”, - deyə Andreev bildirib.
O, qeyd edib ki, Rusiya konsulluğun nə vaxt bağlanacağını və diplomatların Polşanı hansı müddətə qədər tərk etməli olduğunu hələ bilmir.
Oktyabrın 22-də Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı konsulluğunun fəaliyyətinə icazəni ləğv edib. Qurumun əməkdaşları Polşa ərazisində qalması arzuolunmaz şəxslər kimi tanınır.
Bundan əvvəl Polşa hakimiyyətinin Rusiyanın Poznandakı Baş Konsulluğunun binasını mülkiyyətə qaytaracağı barədə məlumat yayılmışdı.
Miri