EN

Çempionlar Liqasının 1 oyununda 3 qol ləğv edildi

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən "Benfika" - "Feyenoord" matçı ləğv edilən qollar və VAR qərarları ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, sözgedən oyunu Türkiyədən olan hakimlər briqadası idarə edib. Referi Halil Umut Meler olub. VAR hakimi funksiyasını isə ingiltərəli Devid Kut yerinə yetiib.

H.Umut Meler matçda 3 qolu ləğv edib. Oyunun 24-cü dəqiqəsində "Feyenoord"dan Ayase Ueda hesabı açsa da, Devit Kut Halil Umut Meleri monitora baxmağa dəvət edib. Referi videotəkrarı izlədikdən sonra qolu qeydə almayıb. Buna səbəb kimi Uedanın qol vurmazdan əvvəl rəqib futbolçu Nikolas Otamendiyə qarşı qaydanı pozması göstərilib.

32-ci dəqiqədə "Benfika"dan Anhel Di Mariya özünə qarşı qayda pozuntusu olduğunu düşünərək penalti qərarı gözləyib. Amma H.Umut Meler həmin epizodla bağlı ofsayd qərarı verib.

41-ci dəqiqədə "Benfika"dan Vagnelis Pavlidis topu rəqib qapısından keçirib. Lakin qol vurulmazdan əvvəl "Benfika"nın türk futbolçusu Kerem Aktürkoğlunun oyundankənar vəziyyətdə olması səbəbi ilə qol ləğv edilib. 

Həmçinin 58-ci dəqiqədə "Feyenoord"un oyunçusu Gernot Traunerin qolu da ofsayd səbəbindən qeydə alınmayb. 

Qeyd edək ki, sözügedən görüş "Feyenoord"un 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Benfika"nın yeganə qolunu isə Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu vurub. 

Chosen
16
teleqraf.com

1Sources