EN

BRICS-in tərəfdaş ölkələrinin siyahısı dəvətlərin təsdiqindən sonra elan ediləcək

BRICS-in

Moskva, 24 oktyabr, AZƏRTAC

BRICS-in tərəfdaş ölkələrinin siyahısı onlardan dəvətlərin təsdiqi alındıqdan sonra elan ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRICS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Putin Kazanda keçirilən BRICS sammitində 35 ölkənin iştirak etdiyini qeyd edib. Onun sözlərinə görə, birliyin tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb və namizəd ölkələrə göndəriləcək. Müsbət cavab alındıqdan sonra namizəd üzvlərinin siyahısı elan olunacaq.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
46
2
azertag.az

3Sources