EN

Belarus mümkün təxribatlara hazırlaşır

Belarus prezident seçkilərinə hazırdır və seçki prosesi zamanı qarşılaşa biləcəyi istənilən təxribat və müdaxilələrə cavab verə biləcək.

Azreform.info ” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “İzvestiya” qəzetinə müsahibəsində deyib.

O, hansısa təxribatın olmasını istisna etməyib. “Amma 2020-ci il seçkilərindən sonrakı kütləvi etirazlar daha olmayacaq. Biz buna imkan verməyəcəyik, çünki bunu kimin etdiyini bilirik”, - A.Lukaşenko bildirib.

Belarusda “rəngli inqilab” olmadığını söyləyən dövlət başçısı prezident kimi o zaman dövləti müdafiə etməyə məcbur qaldığını və buna nail olduğunu vurğulayıb. “Onların seçkilərimizə müdaxilə etdiyini, ölkəni alt-üst etmək istədiklərini sübuta yetirmək üçün başqa hansı sübutlar lazımdır ki?!”, - Belarus lideri qeyd edib.

Bundan əlavə, o hesab edir ki, müxalifət hakimiyyətə gəlsə, NATO müharibəyə başlayacaq. Onun sözlərinə görə, alyans Litva və Polşadakı hərbi birləşmələri Belarus ərazisinə daxil olmaq üçün hazırlayıb və bundan sonra müxalifət onları ölkəyə daxil olmağa dəvət edə bilərdi.

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək.

Chosen
26
50
azreform.info

10Sources