Xəbər verdiyimiz kimi Tovuza yasa gedən iki qardaş dəm qazından zəhərlənərək vəfat edib.
Gencexeber.az-ın əməkdaşı hadisənin təfərrüatını araşdırıb.
Bədbəxt hadisənin baş verdiyi Əsrik Cırdaxan kəndinin kənd nümayəndəsi Telman Əmiraslanov bildirib ki, qardaşlar bacılarının yoldaşının yasına gediblərmiş:
“Dünən yasa gəlmişdilər, bu səhər isə evdən meyitləri tapıldı. Hər iki qardaş Sumqayıt şəhər sakinidir. Dəfn olunması üçün cəsədlər də Sumqayıta göndərildi”.