EN

Əhməd İsmayılov: “İslahatların sahibkarlara düzgün çatdırılmasında media təmsilçilərinin mühüm rolu var”

“Ölkəmizdə iqtisadi inkişafa xidmət edən islahatların biznes nümayəndələrinə və digər maraqlı tərəflərə düzgün və vaxtında çatdırılmasında media təmsilçilərinin mühüm rolu var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüşdə çıxışı zamanı bildirib.

“Bu sahədə koordinasiyalı fəaliyyətin təşkili, yeni islahatlar və elektron dövlət xidmətləri barədə məlumatların çevik kommunikasiyası üçün mövcud resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir”, - deyə Əhməd İsmayılov qeyd edib.

Hürü Əliyeva, Bizim.Media

Chosen
8
bizim.media

1Sources