EN

Ərəblər onu geri qaytarır

Səudiyyə Ərəbistanı Futbol Federasiyası millinin baş məşqçisi postundan qovulmuş italiyalı baş məşqçi Roberto Mançiniyə əvəzləyici axtarır.

Publika.az xəbər verir ki, fransalı Herv Renard bu posta əsas namizəddir. Bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

O, daha əvvəl 2019-cu ilin iyunundan 2023-cü ilin martına qədər Səudiyyə Ərəbistanı millisini çalışdırıb. Renard Səudiyyə Ərəbistanından başqa, Qana, Zambiya, Anqola, Kot-d'İvuar və Mərakeş milli komandalarına rəhbərlik edib. 2012-ci ildə o, Afrika Millətlər Kubokunda Zambiyanı çempion edib. 2015-ci ildə isə Fil Dişi Sahili ilə eyni uğura imza atıb.

Xatırladaq ki, oktyabrın 24-də Roberto Mançini Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postunu tərk edib. Səbəb kimi komandanın qeyri-qənaətbəxş nəticələri və məşqçi ilə futbolçular arasında münasibətlərin korlanması göstərilib.

Chosen
36
publika.az

1Sources