EN

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Oktyabrın 26-sı saat 08:00-dan etibarən Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun Əjdər Məlikov küçəsi ilə kəsişməsində aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 500 metr məsafədə tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Chosen
4
29
yeniazerbaycan.com

10Sources