EN

Rusiyanın dondurulmuş bank aktivlərindən Ukraynaya 50 milyard dollar ayrılıb

G7 ölkələri Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin olunmuş 50 milyard dollar ayırıb.

"Bu gün biz, G7 ölkələrinin liderləri, Ukraynaya təxminən 50 milyard dollarını necə ayırmaq barədə konsensusa gəldik" ,- G7 ölkələrinin liderlərinin bəyanatında deyilir.

ABŞ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 20 milyard dollar verəcək. Avropanın da Ukraynaya dondurulmuş Rusiya aktivləndən təxminən 25-27 milyard dollar verəcəyi gözlənilir. Böyük Britaniya da eyni məqsədlə Ukraynaya təxminən 3 milyard dollar ayıracaq.

Oxuməni.az

Chosen
81
oxumeni.az

1Sources