EN

Odessada hərbi komissarlara qarşı iğtişaşlar törədilib - VİDEO

Odessa sakinləri ilə yerli bazara səfərbərlik üçün basqın edən ərazi çağırış mərkəzinin (TSK-Ukraynada hərbi komissarlığın analoqu -red.) əməkdaşları arasında qarşıdurma olub.

Xarici KİV-in yaydığı məlumatda iğtişaşların “7-ci kilometr” bazarında baş tutduğu vurğulanır. 

Qeyd edilib ki, yerli TSK-nın əməkdaşları bazara gələn zaman çoxlu sayda kişini saxlayıblar. Yerli sakinlər isə hərbi komissarları bazardan sıxışdırıb çıxara biliblər və saxlanılanları geri qaytarılıb. Yayımlanan videolarda şəhər sakinləri bazarın ərazisindəki dəmir darvazaları bağlayır, metallara isə vurulan zərbələrin səsi eşidilir. Ehtimal ki, hərbi komissarlar qapıları darmadağın etməyə çalışırlar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Chosen
93
50
news365.az

10Sources