EN

"Rusiya-Ukrayna əsir mübadiləsini asanlaşdıra bilərəm" -Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko əsirlər mövzusunda diqqət çəkən açıqlamalar verib. Belta-nın yaydığı məlumata görə, o, bildirib ki, əgər ölkələr bunu istəsə, Minsk Moskva və Kiyev arasında məhbus mübadiləsini asanlaşdırmağa davam edəcək. 

“Bütün bunlar bizim ərazimizdə baş verir. Həmçinin bütün bunlar bizim öz əlimizlə baş verir...”, - deyə o bildirib.

Xatırladaq ki, bir gün əvvəl Rusiyada İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirmişdi ki, Qətərə səfəri zamanı o, Ukrayna Ombudsmanı Dmitri Lubinets ilə məhbusların mübadiləsinin sürətləndirilməsi üçün səlahiyyətli orqanlara qarşılıqlı yardım haqqında razılığa gəlib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
41
46
news365.az

10Sources