EN

Sürücü və piyadaların həyatı risk altında - "Giriş qadağandır" nişanı sual doğurur - VİDEO

Paytaxtın Əlicabbar Orucəliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində sürücülər problemlə qarşılaşırlar.

Bizim.Media xəbər verir ki, adıçəkilən küçədən prospektə çıxmaq istəyən sürücülər ciddi maneə ilə üzləşirlər.

Belə ki, sözügedən kəsişmədəki ağaclar səbəbindən soldan gələn avtomobilləri görmək mümkün deyil. Bu da hər iki istiqamətdən gələn sürücülərə problem yaradır.

"Kəsişmədə görüntü bucağını məhdudlaşdıran maneənin olması həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə yaradır. Şəhərin lazımi hissələrində yol nişanlarının çatışmazlığının olduğu vaxtda burada "Giriş qadağandır" nişanının yerləşdirilməsi sual doğurur.

Çünki Ə.Orucəliyev küçəsindən gələnlər üçün məcburedici "Sağa yol" nişanı var. Buradan da belə nəticəyə gəlmək olur ki, sözügedən nişanın heç bir faydası yoxdur", - deyə qeyd edilib.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

Chosen
65
50
bizim.media

10Sources