EN

“Onu bilirəm ki, həddən artıq siqaret çəkirdi” – Elbrus Məmmədov dünyadan köçdü

“Xəzər Lənkəran” və “Sumqayıt”ın sabiq məşqçisi Elbrus Məmmədov ötən gecə 52 yaşında vəfat edib.

Onun qəfil ölümü hər kəsə kədərləndirdi. Axı indiyə qədər sağlıq durumu ilə bağlı hansısa narahatlıq yaşamamışdı. Cəmi iki gün əvvəl “Football-plus.az”a “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı açıqlama da vermişdi: https://www.football-plus.az/64567-bu-gun-coxqollu-oyun-izleyeceyik-xezer-lenkeranin-sabiq-mesqcisi.html

Elbrus Məmmədovla bağlı xatirələrini bölüşməsi üçün “Xəzər Lənkəran”ın sabiq mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq:

“Xəbəri eşidəndə çox pis oldum. Elbrus müəllimlə təxminən iki ay əvvəl görüşmüşdük. Çox yaxşı və mülayim insan idi. Mənim ən çox diqqətimi cəlb edən Elbrus müəllimin öz üzərində işləməsi idi. Nələrisəöyrənməyə çalışırdı. İndiki məşqçilərdə belə şey yoxdu. Az sayda məşqçi daim öz üzərində işləyir. Onun səhhətində heç vaxt problem görməmişdim. Onu bilirəm ki, həddən artıq siqaret çəkirdi. Başqa bir şikayəti olduğunu eşitməmişdim”.

ƏSƏD SEYİDOV
Chosen
44
football-plus.az

1Sources