EN

COP29 konfransına hazırlıq: Nəqliyyat monitorinqlərinin gecə və gündüz prosesi uğurla tamamlandı

COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin davamı olaraq 27 oktyabr tarixində COP29 konfrans məkanı olan Bakı Stadionunda nəqliyyatın hərəkəti üzrə növbəti sınaqlar keçirilib.

Fins.az xəbər verir ki, proses çərçivəsində konfransın planı və marşrutuna uyğun stadionun müvafiq zonalarında COP29-a məxsus avtobusların hərəkəti, təhlükəsizlik və akkreditasiya yoxlamaları prosedurları test edilib. Bu dəfəki monitorinqin təşkilinə 600-dan çox COP29 konüllüsü cəlb edilib.

Qeyd edək ki, həmçinin ötən sutka ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Föqvəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ilə birgə şəhərin mərkəzi küçə və prospektlərində genişmiqyaslı gündüz və gecə nəqliyyat proseslərinin monitorinqi uğurla tamamlanıb. Monitoqinlər çərçivəsində COP29-a məxsus avtobus və digər nəqliyyat vasitələri, təcili tibbi yadım və yanğınsöndürmə maşınları cəlb edilmişdir.

Ümumilikdə, nəqliyyat monitorinqlərinin məqsədi konfrans zamanı tətbiq ediləcək nəqliyyat sxeminin hərtərəfli sınaqdan keçirilməsi və nəqliyyat sahəsində planlaşdırılan tədbilər üzrə tam hazırlığın təmin edilməsidir.

* * *

COP29 konfransına hazırlıq çərçivəsində Bakıda nəqliyyatın idarə edilməsi üzrə növbəti gecə monitorinq prosesi uğurla tamamlanıb.

Fins.az-ın məlumatına görə, oktyabrın 26-dan 27-nə keçən gecə paytaxtın əsas prospekt və küçələrində, o cümlədən Heydər Əliyev, İstiqlaliyyət, Azadlıq, Neftçilər prospektlərində, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində genişmiqyaslı nəzarət tədbirləri keçirilib.

Monitorinq COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Bu yoxlama prosesində, konfrans zamanı təhlükəsizlik və operativ nəqliyyat təminatını gücləndirmək məqsədilə təcili yardım və yanğınsöndürmə maşınları da daxil olmaqla COP29 üçün nəzərdə tutulmuş xüsusi avtobuslar müxtəlif marşrutlar üzrə sınaqdan keçirilib.

Görülən tədbirlər, COP29 çərçivəsində nəqliyyatın idarə edilməsinin daha səmərəli təşkilinə xidmət edir və konfrans günlərində iştirakçıların rahat və təhlükəsiz hərəkətini təmin etməyi hədəfləyir.

Chosen
8
20
fins.az

10Sources