EN

Ət ucuzlaşacaq? - VİDEO

Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 % faiz çox ət idxal edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyir ki, bu, ölkədə ətin qiymətinin dəfələrlə artmasına qarşı hökumətin atdığı addımdır.

Razi Nurullayev onu da bildirib ki, əslində, ölkəyə idxal olunan məhsulların artırılması ilə əlaqədar qiymətlər enməliydi. Lakin bu proses baş vermir. İdxal olunan donmuş ət ucuz olsa da, ölkədə qoyun və mal ətinin qiymətində artım davam edir. Buna səbəb isə vətəndaşların donmuş ətə üstünlük verməməsidir.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə isə, son 1 ayda ətin qiyməti 1,7 faiz artıb.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
23
11
milli.az

10Sources