EN

"Real Madrid" Ançelottiyə varis tapdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid" şənbə günü evdə "Barselona"ya 0:4 hesabı ilə məğlub olduqdan sonra komandanın rəhbərliyində baş məşqçi karlo Ançelottidən narazılıq artıb.
Oxu.Az "Relevo"ya istinadən xəbər verir ki, son aylarda Madrid klubunun baş məşqçisinin dəstək səviyyəsi aşağı düşüb.
Klub rəhbərliyində Ançelottidən narazı olanlar onun bəzi qərarlarını, xüsusilə də Arda Gülər başda olmaqla gənc istedadlara münasibətini bölüşmürlər.
Rəhbərlik Ançelottiyə hörmət edir və onun klubun tarixinə verdiyi töhfəni yüksək qiymətləndirir, lakin dəyişiklik vaxtının yaxınlaşdığına inanır.
Eyni zamanda, "Real Madrid"də müəyyən gərginliyin olduğu qeyd edilir.
Bildirilir ki, italiyalının yerinə "Bayer Leverkuzen"in hazırkı çalışdırıcısı, keçmiş "Real" oyunçusu Xabi Alonsonun gətiriləcəyi ehtimal edilir.
Chosen
26
oxu.az

1Sources