EN

Roma Papasından dünyaya çağırış: Müharibələrdə beynəlxalq humanitar hüquqa riayət edin...

Roma Papası Fransisk silahlı münaqişələrdə beynəlxalq humanitar hüquqa riayət etməyə və sülh üçün dua etməyə çağırıb...

Poliqon "Vatican News" nəşrina istinadən xəbər verir ki, bunu pontifik "Rəbbin mələyi" duasını oxuduqdan sonra deyib.

"Və lütfən, sülh üçün dua etməyə davam edin, xüsusən də Ukraynada, Fələstində, İsraildə, Livanda gərginliyin sona çatması və müqəddəs olan insan həyatına hörmətin birinci sırada olması üçün! Orada ilk qurbanlar mülki əhali arasındadır: biz hər gün çoxlu günahsız qurbanlar görürük", deyə Papa bildirib.

Pontifik qeyd edib ki, oktyabrın 28-də Cenevrədə Beynəlxalq Qızıl Xaç və Qızıl Ayparanın Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunmuş konfransı işə başlayacaq.

"Bu hadisə vicdanı oyatmağa imkan versin ki, silahlı münaqişələr zamanı insanların və xalqların həyat və ləyaqətinə, habelə mülki strukturların və ibadət yerlərinin toxunulmazlığına beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq hörmət edilsin. Müharibə zamanı bəzi yerlərdə xəstəxanaların və məktəblərin necə dağıdılmasını görmək təəssüf doğurur", deyə pontifik bildirib.

O, həmçinin dinlərarası dialoqun təşviqi səylərini dəstəkləyib və bu yaxınlarda Meksikada bir keşişin öldürülməsini pisləyib.

Poliqon.info

Chosen
34
poliqon.info

1Sources