EN

"Aqrar Sığorta"nın yığımlarında kəskin enmə - 2 milyonluq azalma

Bu ilin yanvar-sentyabr aylarında "Aqrar Sığorta" ASC 12 milyon 268 min manat həcmində sığorta haqqı toplanıb.    

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 380 min manat və ya 16,2 % azdır. Ötən ilin hesabat dövründə sığorta şirkəti 14 milyon 648 min manat sığorta haqqı toplayıb.

2024-cü ilin hesabat dövründə şirkətin ödənişlərinin həcmi 3 milyon 771 min manat olub ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. 2023-cü ilin hesabat dövründə "Aqrar Sığorta" ASC-nin ödənişlərinin dəyəri 1 milyon 408 min manat olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 23,707 milyon manat sığorta haqqı toplanılıb. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.

Nara

Chosen
31
valyuta.az

1Sources