Sünnət toyunda dəhşət yaşanıb.
News24.az Söz.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində yaşanıb.
Toyda plov yeyən 50-yə yaxın qonaq axşam saatlarında zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət ediblər.
Onlarda ürəkbulanma və qusma şikayəti olub.
Daha sonra isə eyni şikayətlə xəstəxanaya müraciət edənlərin sayı 91-yə çatıb.
Müalicə alan şəxslərin həyati təhlükəsinin olmadığı öyrənilib.
Hadisə ilə bağlı istintaq davam edir.