“Benfika”nın futbolçusu Kerem Aktürkoğlu Portuqaliya çempionatında “Rio Ave” ilə matçdan (5:0) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, oyunda het-trik edən türkiyəli yarımmüdafiəçi bunları deyib:
“Karyeramın ən yaxşı başlanğıcıdır. Bütün xəyallarımı gerçəkləşdirirəm. Addım-addım irəliləyirəm və etdiklərimlə qürur duyuram. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Çempionlar Liqasındakı məğlubiyyətdən sonra bu oyunda çox yaxşı oynadıq”.
Kerem bu yay “Qalatasaray”dan “Benfika”ya keçib. O, 7 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.