EN

Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək

Moldovada gələn ay prezident seçkilərinin ikinci turu keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 20-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri 50 faizdən çox səs toplamayıb.

Buna görə də seçim ikinci tura qalıb.

Belə ki, hazırkı qərbyönlü prezident Maia Sandu və keçmiş baş prokuror, Sosialistlər Partiyasının lideri Aleksandr Stoyanoqlo birinci turda müvafiq olaraq 41,86 və 26,32 faiz səs toplayıb. 

Qeyd edək ki, Şərqi Avropa ölkəsi olan Moldovaya 2022-ci ildə Ukrayna ilə birlikdə Avropa Birliyinə namizəd statusu verilib və ölkə fəal şəkildə Avropa Birliyinə üzvlük üçün çalışır.

Chosen
54
37
operativmm.az

10Sources