Oktyabrın 28-də Bakıda “Enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO əməkdaşlığı” mövzusunda “dəyirmi masa“ keçirilib.
Forum Azərbaycanın NATO-nun sülh naminə tərəfdaşlıq çərçivə sənədinə qoşulmasının 30 illiyi münasibətilə təşkil edilib.
Tədbirdə NATO-nun innovasiya, hibrid və kiberməsələlər üzrə bölməsinin iqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrdən, o cümlədən Azərbaycanın aidiyyati qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertlər və akademik dairələrin nümayəndələri iştirak ediblər
Tədbir çərçivəsində enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, mühüm enerji infrastrukturuna mümkün hədələr, risklər və onların mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqə mövzuları ətrafında fikir mübadiləsi aparılıb.