EN

Azərbaycanın regional və qlobal siyasi mövqeyi daha da güclənir- ÖZƏL

"Prezident İlham Əliyevin XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatında iştirakı bir sıra mühüm motivlər diqqət çəkdi. Bu, ilk növbədə, Azərbaycanın regional və qlobal siyasi mövqeyini daha da gücləndirmək məqsədi daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məslisin deputatı Heydər Əsədov deyib: "Dövlət başçısı Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olduğunu və qlobal çoxtərəfli platformalarda fəal iştirak etdiyini bildirdi. Azərbaycanın 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə Qlobal Cənub ölkələrinin səsini beynəlxalq arenada daha güclü ifadə etmək üçün çalışdığı qeyd olundu. Bu, Azərbaycanın güc balansına töhfə vermək və yeni çoxtərəfli əməkdaşlıq mexanizmlərində rol almaq niyyətini nümayiş etdirir.
Cənab İlham Əliyev Azərbaycanın tranzit ölkə olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində əsas rola malik olduğunu vurğuladı. Burada Azərbaycanın Avrasiya məkanında enerji və ticarət tranziti baxımından artan əhəmiyyəti xüsusi önəm daşıyır. Bu siyasi mesaj Azərbaycanın regional və qlobal ticarət sisteminin vacib bir hissəsi olduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources