EN

Yığmamızın qapıçısının oğlu Rusiya millisini seçdi

“Fakel”in qapıçısı Vitali Qudiyev Rusiyanın “Sport-Ekspress” qəzetinə verdiyi müsahibədə gələcəkdə hansı milli komandada oynamaq istədiyini açıqlayıb.

– Sizin Azərbaycan kökləriniz var. Rusiya komandası ilə alınmasa, Azərbaycan yığması variantını nəzərdən keçirirsiniz?

– Bununla bağlı bəzi söz-söhbətlər oldu… Amma yox, mən Rusiya millisində çıxış etmək istərdim.

– Yəni, hazırda prioritet Rusiya komandasıdır?

– Bəli, bəli.

“Fakel” komandasının qapıçısı bu mövsüm bütün turnirlərdə 9 oyun keçirib. O bu oyunlarda 15 qol buraxıb. “Transfermarkt” portalı qapıçını 350 min avro dəyərləndirir.

Xatırladaq ki, futbolçunun atası Kazimir Qudiyev Azərbaycan millisinin sabiq qapıçısıdır.

Chosen
18
futbolinfo.az

1Sources