EN

İran ABŞ-dakı seçkiyə qədər İsraili vura bilər - Mehdi Təbrizi

İran noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İsrailə cavab verə bilər. Çünki İsrailin hücumu 1980-ci ildən bəri respublikaya ilk xarici hücumdur və Tehran “İranın çəkindiriciliyini” bərpa etməlidir.

Bakupost.az xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində iranlı politoloq, professor Mehdi Seyf Təbrizi deyib.

“İsrailin İran hərbi bazalarına zərbələri göstərdi ki, Təl-Əviv Tehranla müharibə aparmaq istəmir və apara bilməz, çünki bu, İranı İsrailin Qəzza və Livandakı planlarına müdaxilə etməyə məcbur edə bilər. Bundan başqa, İsrail rejimi gözəl başa düşür ki, İranla genişmiqyaslı müharibə onun özünün varlığını təhdid edə bilər. Buna görə də İsrail medianın köməyi ilə öz zəif və uğursuz hücumunu təsirli göstərməyə çalışır, lakin hətta İsrail mediası bu hücumu əhəmiyyətsiz adlandırır”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, “İsrailin hücumu 1980-ci ildə Səddam Hüseynin İran ərazisini təcavüz etməsindən sonra xarici dövlətin İslam Respublikasına rəsmi olaraq ilk hücumdur”. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın İsrailin hücumunun İranın müdafiə potensialına heç bir təsir göstərmədiyi barədə açıqlamasına baxmayaraq, “İsrail rejiminin bu son cinayətinə mütləq cavab verilməlidir”.

“İran Tel-Əvivin zəifliyini və öz çəkindirmə gücünü göstərmək üçün noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İsrailə cavab zərbələri endirə bilər”, - Seyf Təbrizi deyib.

Zaur
BakuPost
Chosen
91
34
bakupost.az

10Sources