EN

AĞIRLIQ QALDIRAN İDMANÇIMIZ POLŞADA 2 BÜRÜNC MEDAL QAZANIB

 Polşanın Rassizn şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycan idmançısı Qasım İsmayılov 67 kq çəkidə 2 bürünc medala sahib olub.

O, təkanla və sürətlə qaldırmada bu uğurlara imza atıb.

 Azərbaycan Ağır Atletika Federasiyasını təmsil edən gənclərdən ibarət komandanın rəhbəri Azər Əlizadə ilə telefon əlaqəsi saxladıq, o, «Təzadlar»a bildirdi ki, bu gün keçirilən yarışda Türkiyədən olan  idmançılar isə həmin çəki dərəcəsində 1-ci və 2-ci yeri tutublar, həmyerlimiz Qasım İsmayılov isə 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Ermənistandan olan idmançı bu çəki dərəcəsində sıfır çəki ilə- meydanı məğlubiyyətlə tərk edib.

Gənclərimizin digər çəki dərəcələrində ağırlıq qaldırma yarışları davam edir...

Gənc idmançılarımıza uğurlar arzu edirik. İnanırıq ki, onlar Vətənə qızıl medalla qayıdacaqlar!

E.Şirinov

Chosen
15
tezadlar.az

1Sources