EN

Lənkəranda KÜTLƏVİ DAVA - Xəsarət alanlar var

Lənkəran rayonunun Ürgə kəndi ərazisində baş verən gənclər arasında kütləvi dava zamanı bir nəfər bıçaqlanıb, digərləri isə müxtəlif bədən xəsarətləri alıblar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki hadisə axşam saatlarında baş verib və nəticədə 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaq yarası ilə xəstəxanaya çatdırılaraq, əməliyyata alınıb.
 

Həmçinin xəsarət alanlar arasında 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə və 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov da var. Onlar təcili yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə ilə baglı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Chosen
29
bizim.media

1Sources