EN

Çadda terror hücumu 40-dan çox hərbçinin həyatına son qoyub

Bakı. Trend:

Çadın Nigeriya ilə sərhəddə yerləşən Nqubua bölgəsində baş verənhücum nəticəsində 40-dan çox hərbçi həyatını itirib.

Trend-inməlumatına görə, bu xəbəri Çad Prezidenti Mahamat İdris Debitəsdiqləyib.

Məlumatda qeyd olunub ki, hücumu Boko Haram terror qruplaşmasıhəyata keçirib. 200 nəfərlik şəxsi heyəti olan hərbi hissəyə edilənhücum zamanı böyük miqdarda hərbi texnika və nəqliyyat vasitəsiməhv edilib, ağır silahlar isə ələ keçirilib.

Hücumdan sonra ərazidə genişmiqyaslı antiterror əməliyyatlarınastart verilib.

Bu hücum Çad prezidentinin orduda islahatlara başlaması ilə eynivaxta təsadüf edir.

Chosen
29
1
az.trend.az

2Sources