EN

Hava limanında baqajdan 17 timsah və 10 kərtənkələ çıxdı

gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.

Bakuinfo.net "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.

Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.

"Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb", - deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.

Chosen
24
11
bakuinfo.net

10Sources