EN

Rusiyada bəzi məktəblərdə hicab qadağan edilib

Rusiyanın Vladimir vilayətinin məktəbləri ibtidai və orta məktəb şagirdləri üçün geyim qaydalarına düzəlişlər ediblər. Yeni dərc olunan sirkulyarlara əlavə edilən maddələrə görə, formal təhsildə təhsil alan tələbələrə üzlərini və başlarını örtmək qadağan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Russia Today"in məlumatına görə, Regional Təhsil və Gənclər Siyasəti Nazirliyindən bildirilib ki, onun qaydalarına ibtidai və orta ixtisas təhsili alan şagirdlərin geyiminə dair “standart tələblər”lə bağlı yeni bənd əlavə edilib. Dəyişiklik təhsil müəssisələrində “şagirdin dini inancını göstərən geyim və elementlərin” olmasını qadağan edir.

Yeni qaydaların Rusiya Konstitusiyasına uyğun olduğu bildirilərkən, son tənzimləmə ilə müsəlmanların xüsusi olaraq hədəf alınmadığı da irəli sürülüb. Təmimnaməni açıqlayan rəsmilər nizamnamənin bir həftə ərzində qüvvəyə minəcəyini vurğulayaraq deyib: “Məktəbli forması və şagirdlərin xarici görünüşü ilə bağlı bu qaydalar dövlətin və təhsil müəssisələrinin dünyəvi mahiyyətini və dini neytrallığını qorumaq üçün mövcuddur”.

Vladimir vilayəti paytaxt Moskvadan 200 kilometr şərqdə yerləşir. Əksəriyyəti rus əsilli vətəndaşlar olduğu halda, əhalinin 1 faizindən azı müsəlmandır. Rusiyanın müxtəlif regionları bu yaxınlarda təhlükəsizlik səbəblərini əsas gətirərək oxşar qaydalar tətbiq ediblər. Rusiya mediası bu addımların bölgədə xristian və yəhudiləri hədəf alan son terror aktlarından sonra atıldığını bildirib.

Chosen
44
sia.az

1Sources