EN

Rusiyada hicab QADAĞAN EDİLDİ

Rusiyanın Vladimir vilayətinin yerli təhsil idarələri məktəblərin yeni geyim qaydası çərçivəsində şagirdlərə hicab kimi dini geyim geyinməyi qadağan edib.

News24.az Regional Təhsil və Gənclər Siyasəti Nazirliyinə istinadən xəbər verir ki, onun qaydalarına ibtidai və orta ixtisas təhsili alan şagirdlərin geyiminə dair “standart tələblər”lə bağlı yeni bənd əlavə edilib.

Dəyişiklik təhsil müəssisələrində “şagirdin dini inancını göstərən geyim və elementlərin” olmasını qadağan edir.

Yeni qaydaların Rusiya Konstitusiyasına uyğun olduğu bildirilərkən, son tənzimləmə ilə müsəlmanların xüsusi olaraq hədəf alınmadığı da irəli sürülüb.

Qeyd edək ki, Vladimir vilayəti paytaxt Moskvadan 200 kilometr şərqdə yerləşir. Əksəriyyəti rus əsilli vətəndaşlar olduğu halda, əhalinin 1 faizindən azı müsəlmandır.

Rusiyanın müxtəlif regionları bu yaxınlarda təhlükəsizlik səbəblərini əsas gətirərək oxşar qaydalar tətbiq ediblər.

Rusiya mediası RT bu addımların bölgədə xristian və yəhudiləri hədəf alan son terror aktlarından sonra atıldığını bildirib.

Məryəm İlhamqızı

Chosen
13
1
news24.az

2Sources