EN

Alkoqollu içkilərlər bağlı qanuna dəyişiklik deputatların narazılığına səbəb oldu 

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması saxta içkilərin bazardan çıxmasına heç də imkan yaratmayacaq.

Ölkə.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bazarda saxta içkilər də bahalaşacaq.

Deputat Qüdrət Həsənquliyev də dəyişikliyin əleyhinə çıxaraq bildirib ki, minimum qiymətin müəyyənləşməsi heç də keyfiyyətli alkoqollu içkilərin hazırlanmasına və saxta içkilərin bazardan çıxarılmasına imkan yaratmayacaq. O əlavə edib ki, bu qanun istehlakçının hüququnun pozulmasına gətirib çıxarmaqla yanaşı, alkoqollu içki istifadə edən vətəndaşı ucuz alkoqollu içki almaq imkanından məhrum edəcək.

Deputat Erkin Qədirli də qanuna dəyişiklik etməklə istehlakçının hüquqlarını müdafiə etmək qeyri-mümkün olacaq. “Ona görə də mən qanuna nəzərdə tutulan dəyişikliyin əleyhinə səs verəcəyəm”, - deputat bildirib.

Deputat Hikmət Babaoğlu bildirib ki, qanuna dəyişiklikdə satış zamanı məsuliyyətin pərakəndə ticarətlə məşğul olanların üzərinə qoyulması düzgün deyil.

Digər çıxış edən deputatlar da bildirib ki, qanuna nəzərdə tutulan dəyişiklik alkoqollu içkilərin keyfiyyətinə deyil,  bahalaşmasına səbəb olacaq.

Mürtəza
Ölkə.Az

Chosen
28
1
olke.az

2Sources