"Hizbullah" İsrail tərəfindən öldürülən Həsən Nəsrullahın yerinə yeni rəhbər təyin edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Həsən Nəsrullahın müavini Naim Qasım təşkilatın yeni lideri təyin edilib.
Naim Qasım 1953-cü ilin noyabrında Kfar Filada şiə ailəsində anadan olub. 1991-ci ildən bəri baş katibin müavini vəzifəsini icra edən Qasım qrupun təcrübəli simalarındandır.
1974-cü ildə Qasım Musa əs-Sədrin rəhbərlik etdiyi “Əməl” hərəkatına qoşulub. 1979-cu ildə İran İslam İnqilabından sonra hərəkatı tərk edərək 1982-ci ildən "Hizbullah"ın qurulmasında iştirak edib. O, 1991-ci ildə "Hizbullah" baş katibinin müavini olub.
Qasım 1992-ci ildə "Hizbullah"ın iştirak etdiyi parlament seçkilərində təşkilatın kampaniyalarına cavabdeh olub.