EN

Gürcüstan üçün 3 ssenari: Gürcü ekspert şərh edir

26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" Partiyası 54,08% səs toplayaraq yenidən qələbə qazanıb. 

Bu seçki hakim partiyanın mövqelərini möhkəmləndirməklə yanaşı, həm də ölkə daxilində siyasi müzakirələri kəskinləşdirib və Gürcüstanın Cənubi Qafqazdakı geosiyasi  gələcəyi ilə bağlı suallar doğurub.

“Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvili və müxalifəti dəstəkləyən Prezident Salome Zurabişvili ayrı-ayrılıqda  öz qələbələrini elan ediblər.

"Seçkiləri saxtalaşdırmaq cəhdlərinə və diasporun səslərini saymamağa baxmayaraq, Avropa Gürcüstanı 52 faizlə qalib gəlir. 

Gürcüstan demokratiya, avropalılıq və yetkinlik nümayiş etdirdi.

Mən fəxr edirəm və Avropa gələcəyimizə əminəm", - deyə Zurabişvili "X" sosial şəbəkəsində yazıb.

“Gürcü arzusu” və müxalifət, yəni hər ikisi  qələbə qazandıqlarını iddia edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze xalqın sülh və Avropa gələcəyi naminə seçim etdiyini bəyan etsə də, bu cür iddialar müxalifət və cəmiyyət tərəfindən skeptisizm ilə qarşılanır. Bu da potensial siyasi qeyri-sabitlik üçün zəmin yaradır.

"Sputnik Gürcüstan" xəbər verir ki, İrakli Kobaxidze brifinqdə deyib: “Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, o, sülhü və ölkənin inkişafını, parlaq Avropa gələcəyini seçdi."

Politoloq, Gürcüstan Strateji Təhlil Mərkəzinin eksperti Gela Vasadze "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, vəziyyət tam aydın deyil, çünki müxalifət seçki nəticələrini qəbul etmir. 

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları parlament seçkilərində saxtakarlıqlara görə kütləvi etiraz aksiyalarına çıxmağa hazırdırlar, lakin Qərb səsvermənin nəticəsini tanıya bilər: "Bu da müxalifətin xalqın öz iradəsini ədalətli ifadə etmək hüququnu müdafiə cəhdlərini puça çıxaracaq.

Hətta "Gürcü arzusu" Partiyası parlamentə tam şəkildə daxil olsa belə, 89 deputat parlamentin formalaşması üçün kifayət deyil. 

Bu, birinci səbəbdir. Həmçinin, indiyə qədər heç bir siyasi partiya seçki nəticələrini qəbul etməyib. 

Beləliklə, nələrin baş verəcəyi tam aydın deyil. Biz yalnız ssenarilərdən danışa bilərik. Ssenarilər isə çox müxtəlif ola bilər".Məsələn, əgər "Gürcü arzusu" etirazları, müraciətləri və s. gözardı edərsə, Qərbdən ayrılarsa,  boşluq yaranar:

"Təbiət isə boşluqları sevmir. Xüsusilə geosiyasi təbiət. 

Nəticədə, Rusiyanın Qafqazdakı təsiri artacaq.  Rusiya bütün cari məsələləri həll edəcək. Bu halda,  Azərbaycan, Türkiyə, Gürcüstan layihələri bağlanmayacaq. Lakin Rusiyanın bu cür imkanlara malik olması Moskvanın əlində çox güclü bir alətə çevriləcək".

Ekspert qeyd edib ki, ən önəmlisi Mərkəzi Asiyada layihələrin inkişafıdır:

"Gürcüstandan keçən bu layihələrə Rusiya imkan verməyə bilir. 

"Gürcü arzusu"nun Qərblə yaxınlaşma variantı da var, razılaşa bilərlər. O zaman onlar 105 kilometr məsafə qət etməli olacaqlar, amma nəticədə Moskvadan gələn təsir azalacaq. 

Beləliklə, biz əvvəlki vəziyyəti qoruyacağıq.

Bir başqa variant isə budur ki, "Gürcü arzusu" təkbaşına hakimiyyəti saxlaya bilməz. Onlar getməli olacaqlar. O zaman inkişaf perspektivləri ortaya çıxır, çünki növbəti hər hansı bir hakimiyyət Rusiyanın ətrafında regional layihələri inkişaf etdirəcək. Vəziyyət təxminən belədir. Əgər vəziyyət daha da pisləşərsə, onda NATO və Avropa İttifaqı ilə əlaqələr kəsiləcək.

NATO və Avropa İttifaqının yerində isə mütləq Rusiya olacaq. 

Türkiyə və Azərbaycan onları əvəz edəcək   resurslara sahib deyil. Həm də Türkiyə NATO-ya daxildir".

Onun fikrincə, müxalifətin etirazları, kütləvi aktsiyaları mütləq olacaq:

"Amma bu, necə bitəcək? Əgər seçkiləri tanımırlarsa, bu, tamamilə başqa ssenaridir. Hakimiyyət bir daha seçki keçirməyə məcbur olacaq. Bu məqsədlə kütləvi etiraz aksiyalarına da ehtiyac yoxdur. 

İdarəetmədə təxminən 90 deputat var. Parlamentin fəaliyyətini davam etdirmək üçün 100 deputat olmalıdır. Yəni, müxalifətçilərin hamısı bu seçkiləri tanımaqdan imtina etməli və parlamentə daxil olmamalıdır. Əgər bu olarsa, onda kütləvi etiraz aksiyaları olacaq. Əks halda, olmayacaq”.

Chosen
68
46
cebheinfo.az

10Sources