EN

Gürcüstanın Mərkəzi Seçki Komissiyası bəzi seçki məntəqələrində bülletenləri yenidən sayacaq

Oktyabrın 28-də Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) hər bir seçki dairəsində beş məntəqədə şənbə günü keçirilən parlament seçkiləri ilə bağlı bülletenlərin yenidən sayılmasını elan edib. Bəyanat komissiyanın saytında dərc olunub. Məqsəd məlumatların yoxlanılmasıdır.

Ümumilikdə, təkrar sayma bütün seçki məntəqələrinin təxminən 14 faizinə təsir edəcək.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, artıq dairə komissiyaları püşkatma yolu ilə bülletenlərin yenidən hesablanacağı məntəqələri müəyyənləşdirib. Regionlarda səslərin yenidən sayılması saat 12:00-da başlayıb, Tbilisidə saat 17:00-a planlaşdırılıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası qalib gəlib. O, 53,92% səs toplayıb. Dörd müxalifət partiyası da beş faizlik baryeri keçib. Onlar seçkinin nəticələrini tanımaqdan imtina edib, seçilmiş parlamentin işində iştirak etmək niyyətində olmadıqlarını bildirib və təkrar seçkilərin təşkilini tələb ediblər.

Oktyabrın 28-də Tbilisidə müxalifət tərəfdarlarının mitinqi keçirilib və həmin aksiyada hazırkı prezident Salome Zurabişvili Qərb ölkələrinin liderləri ilə əlaqə saxladığını bildirib və onlar seçkilərin qeyri-legitim olması ilə bağlı razılığa gəliblər.

“Mapchecking” xidmətinin ilkin hesablamalarına görə, aksiyada 15 minə qədər insanın iştirak etdiyi bildirilir. Etirazçılar aksiyalarını davam etdirmək niyyətindədirlər.

Almaz Həsənli

Chosen
30
23
oxumeni.az

10Sources