Gəncə şəhərində mənzillərdən birində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsi, bina 6, mənzil 7 ünvanında ikimərtəbəli tikililərdən birində qeydə alınıb. Ev sahibi evdə olmadığından qonşular FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə zəng edib və hadisə yerinə iki yanğınsöndürən avtomobil və 20-yə yaxın canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və alovun qonşu mənzilə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində olan qısaqapanmadır. Faktla bağlı araşdırma aparılır.