EN

Putin BRİKS sammitinin xarici ticarətdə təsirlərindən danışıb

Rusiya BRİKS ölkələri ilə birlikdə bütün xarici ticarətə xidmət göstərmək üçün müstəqil ödəniş və hesablaşma sxemi yaratmaq üzərində işləyir. Bunu Rusiya Enerji Həftəsində (REW) çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

"BRİKS ölkələri ilə əməkdaşlığın bir hissəsi olaraq biz öz ödəniş və hesablaşma dövrəmizi yaratmağa çalışırıq ki, bu da bütün xarici ticarətə səmərəli və müstəqil xidmət göstərmək üçün şərait yaradacaq”, - Putin bildirib. 
 
BRICS qrupu 2006-cı ildə yaradılıb, 2011-ci ildə Braziliya, Rusiya, Hindistan və Çin qoşulub. Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-in tamhüquqlu üzvü olub.

2024-cü il yanvarın 1-də BRİKS-ə sədrlik Rusiyaya keçib. O, ilin sonuna qədər davam edəcək və geniş mövzuları olan 200-dən çox tədbiri əhatə edir.
 
BRİKS sammiti oktyabrın 22-23-də Kazanda keçirilib. 
 
Aytac 

 


www.anews.az
Chosen
106
3
anews.az

10Sources