EN

Tbilisidə müxalifətin yürüşü başladı

Tbilisidə müxalifət Gürcüstan parlamentinin binasına doğru yürüşə başlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar Tbilisi Dövlət Universitetinin binası yaxınlığından Rustaveli prospektində parlament binasına doğru yürüş ediblər.

Yürüş iştirakçıları Gürcüstanın və Avropa İttifaqının (Aİ) bayraqları, eləcə də Avropaya inteqrasiyanı dəstəkləyən şüarlar yazılmış plakatlar daşıyırlar.

Qeyd olunur ki, oktyabrın 28-də parlament binası yaxınlığında keçirilən aksiya ilə müqayisədə iştirakçıların sayı azalıb.


Müəllif: Arzu
Chosen
24
teleqraf.com

1Sources