Tarzən Humay Qədimova qonağı olduğu "Günə bax" verlişində gözlənilməz sualla qarşılaşıb.
Qlobal.net Parol.az-a istinadla xəbər verir ki, xanım sənətçi aparıcı Zülfiyənin "Sizin uşağınız yoxdur?" sualına nə deyəcəyini bilməyib.
Onun sual qarşısında duruxduğunu görən digər qonaqlar müdaxilə ediblər, Humayın subay olduğunu bildiriblər.
Tarzən qardaşı qızının ona çox bənzədiyi üçün çox insanların elə məhz öz övladı olduğunu düşündüklərini bildirib. Humay amma hələ də subay olduğunu sözlərinə əlavə edib.